“Mançester Siti” üç kluba müraciət ünvanladı

Futbol üzrə İngiltərə Premyer Liqasında 2023/2024-cü illər mövsümüün qalibi olmuş “Mançester Siti” üç kluba müraciət ünvanlayıb.

Arena.az məlumat verir ki, “şəhərlilər”in mətbuat xidməti növbəti, 2024/2025-ci illər mövsümündən Premyer Liqada çıxış edəcək “Lester Siti”, “İpsviç Taun” və “Sauthempton”a uğurlar diləyib:

“Lester Siti”, “İpsviç Taun” və “Sauthempton”u Premyer Liqaya yüksəldiklərinə görə təbrik edirik. Gələn mövsüm görüşənədək”, – “Mançester Siti”nin müraciətində deyilir.

Xatırladaq ki, “şəhərlilər” cari mövsümdə Premyer Liqanın ardıcılq 4-cü dəfə qalibi olmaqla mütləq rekoda imza atıblar.

“Arsenal” 2-ci yeri tutaraq gümüş, “Liverpul” isə 3-cü yeri tutaraq bürünc mükafatçı olub. “Aston Villa” isə fəxri dördüncülüklə təsəlli tapıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: