“Neman” komandası futbol üzrə Belarus Kubokunun 2023/2024-cü illər mövsümünün finalında “İsloç”a qalib gələrək baş mükafata sahib çıxıb.
Arena.az məlumat verir ki, sözügedən komandalar Jodinonun “Torpedo” stadionunda qarşılaşıblar.
Oyun “Neman”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, Qrodno təmsilçisi tarixində ikinci dəfə Belarus Kubokunun qalibi olub. Sözügedən komanda ilk dəfə 1993-cü ildə Belarus Kubokunu qazanmışdı. Qrodno klubu iki dəfə də yarışın finalçısı olub (2011, 2014).
Belarus Kubokunu ən çox qazanmış klub isə Belarus nəhəngi Borisov BATE-sidir – 5 dəfə. BATE həmçinin 7 dəfə Belarus Kubokunda finalçı olub.


