Ötən gecə dünyanın yaşıl meydanlarında futbol üzrə milli komandalar səviyyəsində bir neçə yoxlama oyunu keçirilib.
Arena.az xəbər verir ki, maraqlı görüşlərdən biri Almaniya və Ukrayna yığmaları arasında baş tutub.
Qarşıdakı Avropa çempionatına (AÇ-2024) ev sahibliyi edəcək almanlar bu görüşdə fərqlənə bilməyiblər. Beləcə, qarşılaşma qolsuz yekunlaşıb.
Xorvatiya yığması Şimali Makedoniyanı, Albaniya millisi Lixtenşteyni, İngiltərə seçməsi isə Bosniya və Herseqovinanı 3 cavabsız qolla məğlub edib.
Qeyd edək ki, Albaniya yığması bir neçə gün sonra Azərbaycan millisi ilə də yoldaşlıq görüşündə üz-üzə gələcək. Bu görüş iyunun 7-də baş tutacaq. Ayın 11-də isə komandamız Qazaxıstan yığması ilə qarşılaşacq. Hər iki oyun Macarıstanda keçiriləcək.
Yoxlama oyunu
3 iyun
Şotlandiya – Cəbəllüttariq 2:0
Xorvatiya – Şimali Makedoniya 3:0
Albaniya – Lixtenşteyn 3:0
İngiltərə – Bosniya və Herseqovina 3:0
Almaniya – Ukrayna 0:0


