AÇ-2024: İspaniya millisi Xorvatiyanı darmadağınla yendi

İspaniya və Xorvatiya yığmaları Almaniyada təşkil olunmuş futbol üzrə sayca 17-ci Avropa çempionatında (AÇ-2024) ilk oyunlarına çıxıblar.

Arena.az xəbər verir ki, 4 ildən bir keçirilən mötəbər turnirdə 24 komanda mübarizə aparır.

İkinci oyun gününün ikinci görüşü B qrupu çərçivəsində İspaniya və Xorvatiya yığmaları arasında baş tutub. İspanlar elə ilk hissədə vurduqları 3 cavabsız qol sayəsində bu oyundan qələbə ilə ayrılıblar.

Qeyd edək ki, bu gün daha bir oyun baş tutacaq. B qrupunun ikinci görüşündə İtaliya və Albaniya milliləri qarşı-qarşıya gələcəklər. Oyun saat 23:00-da start götürəcək.

AÇ-2024
B qrupu
15 iyun

İspaniya – Xorvatiya 3:0
Qollar: Alvaro Morata, 29. Fabian Ruis, 32. Daniel Karvaxal, 45+2.
Baş hakim: Maykl Oliver (İngiltərə).
Berlin, Olimpiya stadionu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: