Tedesko Slovakiya yığmasına məğlubiyyətə aydınlıq gətirdi

Belçika yığmasının baş məşqçisi Domeniko Tedesko AÇ-2024-ün qrup mərhələsinin 1-ci turunda Slovakiya ilə oyunu (0:1) şərh edib.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, alman-italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Mən bilirdim ki, gec-tez məğlub olacağıq. Təəssüf ki, bu, bu gün baş verdi. Komandanı yaxşılaşdırmaq üçün deyə biləcəyim çox az xüsus var. Çoxlu qol vəziyyətləri yaratdıq və qol vursaydıq, oyun daha asan olardı”, deyə Tedesko məyusluqla bildirib.

1-ci turdan sonra Rumıniya və Slovakiya yığmaları “E” qrupunda hər biri 3 xalla müvafiq olaraq 1-ci və 2-ci yerləri bölüşürlər. Belçika və Ukrayna yığmaları xalsızdırlar və müvafiq olaraq 3-cü və 4-cü yerlərdə qərarlaşıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: