La Liqa: 2024/2025 mövsümünün oyun təqvimi açıqlandı

Futbol üzrə İspaniya çempionatında (La Liqa) qarşıdan gələn növbəti, 2024/2025-ci illər mövsümünün oyun təqvimi açıqlanıb.

Arena.az bu barədə İspaniya La Liqasının rəsmi sayıtna istinadən məlumat verir.

La Liqada 2024/2025-ci illər mövsümü avqustun 15-də “Atletik” (Bilbao) – “Xetafe” oyunu ilə başlayacaq.

Sonuncu, 38-ci tur isə 2025-ci ilin may ayının 25-də keçiriləcək.

“Real” və “Barselona” arasında “el-klasiko”lar isə 11-ci və 35-ci turlarda – müvafiq olaraq oktyabrın 27-də və mayın 11-də (2025-ci il) keçiriləcək.

İspaniya, La Liqa
1-ci tur

17-18 avqust

“Atletik” – “Xetafe”
“Betis” – “Jirona”
“Malyorka” – “Real”
“Las Palmas” – “Sevilya”
“Vilyarreal” – “Atletiko”
“Valensiya” – “Barselona”
“Real Sosyedad” – “Rayo Valyekano”
“Selta” – “Alaves”
“Osasuna” – “Leqanes”
“Valyadolid” – “Espanyol” / “Real Ovyedo”

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: