Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 2024/2025 mövsümündəki ilk rəqibini tanıyacaq.
Arena.az xəbər verir ki, Ağdam klubu mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq.
Qitənin ən nüfuzlu klub turnirinin 2-ci təsnifat mərhələsinin püşkü atılacaq. UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında təşkil olunacaq püşkatma mərasimində “Qarabağ”ın da yeni mövsümdəki ilk rəqibi müəyyənləşəcək.
Artıq təmsilçimizin 2-ci təsnifat mərhələsindəki mümkün rəqiblərinin ilkin siyahısı bəllidir. Bu, 1-ci təsnifat mərhələsinin ötən gün baş tutan püşkatmasından sonra dəqiqləşib. Azərbaycan çempionu bu gün keçiriləcək püşkatmada səpələnmiş olacaq. Təmsilçimizin mümkün rəqiblərinin yer aldığı səpələnməmişıər səbətində 11 cüt və birbaşa mübarizəyə başlayacaq 1 klub yer alıb. Amma “Dinamo” (Minsk, Belarus) – “Pünik” (Ermənistan) cütünün qalibi Ağdam klubuna rəqib ola bilməz. Bu üzdən Azərbaycan çempionu 10 cüt və 1 klub, yəni 21 mümkün rəqib gözləyir.
Lakin püşk ərəfəsində UEFA hər səbətdəki 12 variantı qruplara böləcək. Həmin vaxt Qurban Qurbanovun yetirmələrinin mümkün rəqiblərinin sayı da azalacaq.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçları iyulun 23-24-də, cavab görüşləri isə iyulun 30-31-də keçiriləcək.
Səpələnməmişlər
PAOK
“Makkabi” (Tələviv, İsrail)
“Ferentsvaroş” (Macarıstan)
“Qarabağ” (Azərbaycan)
“Slovan” (Slovakiya) – “Struqa” (Şimali Makedoniya) cütünün qalibi
“Bodo Qlimt” (Norveç)
“Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün qalibi
“Midtyulland” (Danimarka)
“Sparta” (Praqa, Çexiya)
“Malmö” (İsveç)
APOEL (Kipr)
“Panevejis” (Litva) – HJK (Finlandiya) cütünün qalibi
Səpələnməmişlər
TNS (Uels) – “Deçiç” (Monteneqro) cütünün qalibi
“Borats” (Bosniya və Herseqovina) – “Eqnatiya” (Albaniya) cütünün qalibi
“Hamrun Spartans” (Malta) – “Linkoln” (Cəbəllüttariq) cütünün qalibi
“Balkani” (Kosovo) – “Santa Koloma” (Andorra) cütünün qalibi
“Flora” (Estoniya) – “Çelye” (Sloveniya) cütünün qalibi
“Klaksvik” (Farer adaları) – “Differdanj” (Lüksemburq) cütünün qalibi
RFS (Latviya) – “Larne” (Şimali İrlandiya) cütünün qalibi
“Vikinqur” (İslandiya) – “Şemrok Rovers” (İrlandiya) cütünün qalibi
“Virtus” (San Marino) – “Styaua” (Rumıniya) cütünün qalibi
“Ordabası” (Qazaxıstan) – “Petrokub” (Moldova) cütünün qalibi
“Dinamo” (Minsk, Belarus) – “Pünik” (Ermənistan) cütünün qalibi
“Yagellonya” (Polşa)


