Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 2024/2025 mövsümündəki ilk rəqibini tanıyacaq.
Arena.az xəbər verir ki, Ağdam klubu mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq.
Qitənin ən nüfuzlu klub turnirinin 2-ci təsnifat mərhələsinin püşkü bu gün atılacaq. UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında təşkil olunacaq püşkatma mərasimində “Qarabağ”ın da yeni mövsümdəki ilk rəqibi müəyyənləşəcək.
Artıq püşkatma ərəfəsində iştirakçılar qruplara bölünüblər. Azərbaycan çempionu 3-cü qrupda yer alıb. Ağdam klubu səpələnmişlər sırasındadır. Təmsilçimizi 4 mümkün variant gözləyir. Bunlardan üçü cüt, biri isə Polşa “Yagelloniya”sidir.
“Flora” (Estoniya) – “Çelye” (Sloveniya) cütünün qalibi
“Virtus” (San Marino) – “Styaua” (Rumıniya) cütünün qalibi
“Hamrun Spartans” (Malta) – “Linkoln” (Cəbəllüttariq) cütünün qalibi
“Yagellonya” (Polşa)
Püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçları iyulun 23-24-də, cavab görüşləri isə iyulun 30-31-də keçiriləcək.


