Nagelsman: “Macarlar daha aqressiv oynayacaqlar”

Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsman Macarıstan yığması ilə AÇ-2024-ün qrup mərhələsinin qarşıdakı 2-ci tur oyunundan danışıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Macarıstan yığmasının başla çox yaxşı oynayan iki hücumçu ilə dəqiq oyun tərzi var. Onlar tez-tez topu cərimə meydançasına yükləyirlər. Soboslai standart vəziyyətləri heyrətamiz ifa edir, Orban isə gərəkli anda qaçıb özünü yetirir.

Yarışdan əvvəl mən düşünürdüm ki, Macarıstan yığması təxminən Şotlandiya yığması ilə eyni səviyyədə oynayır. Hər şey özümüzü necə göstərdiyimizdən asılı olacaq. Əlbəttə, macarlar təzyiqi hiss edirlər, ona görə də düşünürəm ki, İsveçrə ilə oyundan fərqli, daha da aqressiv oynayacaqlar”, deyə Nagelsman vurğulayıb.

Xatırladaq ki, Almaniya – Macarıstan oyunu bu gün, iyunun 19-da Ştutqartın “Mersedes-Bents Arena”sında keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 20:00-da başladacaq.

2-ci tur ərəfəsində komandalar “A” qrupunda belə sıralanıblar:

  1. Almaniya – 3 xal
  2. İsveçrə – 3
  3. Macarıstan – 0
  4. Şotlandiya – 0
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: