Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunda Slovakiya yığması ilə oyunu (2:1) şərh edib.
Arena.az UEFA-nın rəsmi saytına istinadən, ukraynalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Oyunçular üçün çox şadam. Buraxılmış qola çox yaxşı qarşılıq verdik. Fasilə zamanı təpki mövqeyimizi dəyişdik. Ehtiyat oyunçular skamyasından çıxan futbolçular bizə kömək etdilər. Ən əsası, ruhumuzu ortaya qoyduq. Həqiqətən də nəticəni dəyişməyə çalışdıq və qələbəyə layiq idik.
Rumıniya yığmasına qarşı çox zəif oynamışdıq, amma uşaqlar fərqli xasiyyət nümayiş etdirdilər və qələbəyə layiq idilər. Bütün diqqətimizi növbəti oyuna yönəltməliyik, amma bu, komanda və ölkə üçün çox vacib qələbə idi”, deyə Sergey Rebrov vurğulayıb.
2-ci turdan sonra “E” qrupunda mənzərə belədir:
- Rumıniya – 3 xal (1 oyun)
- Ukrayna – 3 xal (2 oyun)
- Slovakiya – 3 xal (2 oyun)
- Belçika – 0 (1 oyun)


