Karlos Mane “Kayserispor”la yeni müqavilə imzaladı

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Kayserispor” klubu sol vingeri Karlos Mane ilə yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

30 yaşlı oyunçu ilə 2+1 illik müqavilə imzalanıb. Bu isə onun ən azı 2026-cı ilin 30 iyununa kimi Kayseri klubunun formasını geyinməyə davam edəcəyi anlamına gəlir.

Karlos Mane 2021-ci ildən “Kayserispor”un uğurları üçün çalışır. O, sözügedən klubun heyətində 92 oyuna çıxıb, 11 qol və 9 məhsuldar ötürmə müəllifi olub.

Mane daha öncə “Sportinq” (Lissabon), “Rio Ave”, “Ştutqart”, “Union Berlin” kimi klubların da formasını geyinib. Vaxtilə Portuqaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Karlos, 2023-cü ilin sentyabrında Qvineya Bisau millisində debüt edib.

“Transfermarkt” internet-portalı 30 yaşlı futbolçunun transfer dəyərini 1,2 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: