Çexiya yığmasının baş məşqçisi İvan Haşek AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunda Gürcüstan millisi ilə oyunu (1:1) şərh edib.
Arena.az UEFA-nın rəsmi saytına istinadən, çex mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Gürcüstan millisini və onun baş məşqçisi Villi Sanyolu xal qazandıqlarına görə təbrik etmək istərdim. Düşünürəm ki, hər iki komanda azarkeşlərin xoşuna gələn möhtəşəm oyun nümayiş etdirdi. Əla ab-hava vardı. Oyunda üstünlük təşkil etdik, amma ikinci qolu vura bilmədik – 26 imkan öz sözünü deyir. Bununla belə, etiraf etməliyik ki, rəqibin son dəqiqələrdəki əks-hücumdan sonra imkanından istifadə etməməsinə də sevindik”, deyə Haşek vurğulayıb.
2-ci turdan sonra “F” qrupunda belə mənzərə yaranıb:
- Porutqaliya – 6 xal
- Türkiyə – 3 xal
- Çexiya – 1 xal
- Gürcüstan – 1 xal


