Ralf Ranqnik: “İnana bilmirəm ki, Avstriya yığması evə qayıdır”

Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik AÇ-2024-ün 1/8 finalında Türkiyə millisinə məğlubiyyəti (1:2) şərh edib.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“İnana bilmirəm ki, biz bu gün evə gedəcəyik. Yolumuza davam edəcəyimizi düşünürdük. Oynadığımız dörd oyun, bugünkü oyun da daxil olmaqla, çox maraqlı alındı. Hər şey çox rəvan getmirdi, amma bunlar çox baxımlı və gərgin dörd oyun idi. İndi biz buradan UEFA Millətlər Liqasına, ondan sonra isə dünya çempionatının seçmə mərhələsinə bütün yaxşıları əxz etməliyik”, deyə Ralf Ranqnik vurğulayıb.

Beləliklə, Avstriya yığması Avropa çempionatını tərk edib. Türkiyə millisini isə 1/4 finalda Niderland yığması ilə çətin sınaq gözləyir.