“Araz-Naxçıvan” Bakı toplanışını qələbə ilə başa vurdu

Yeni mövsümə hazırlığı davam etdirən “Araz-Naxçıvan” Bakıdakı təlim-məşq toplanışını bu gün keçirilən yoxlama oyunu ilə başa vurub.

Arena.az xəbər verir ki, Naxçıvan təmsilçisi öz əvəzediciləri ilə qarşılaşıb.

Bakı Olimpiya Stadionunda baş tutan matçda hesabı “ikincilər” açsa da, qələbəni əsas komanda qazanıb – 3:1. Qolları Ülvi İsgəndərov, Vanderson Melo və Ürfan Abbasov vurublar. Əvəzedicilərin heyətində isə Elcan Məmmədov fərqlənib.

Bununla da “Araz-Naxçıvan” iyunun 28-dən davam edən hazırlığın birinci mərhələsini yekunlaşdırıb. Sabah istirahət edəcək “qırmızı-ağlar” iyulun 10-da Türkiyənin Ərzurum bölgəsinə yola düşəcəklər. Qardaş ölkədə iki həftəlik hazırlıq prosesi zamanı 3 yoxlama matçının keçirilməsi də nəzərdə tutulub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: