Futbol üzrə Argentina milli komandasının qapıçısı Emiliano Martines dünya çempionatları finalları tarixində ən çox seyv edən qapıçı olub.
Arena.az xəbər verir ki, 29 yaşlı qolkiper DÇ-2026-nın finalında İspaniyaya qarşı keçirdiyi oyunda 11 seyv etməklə yeni rekord müəyyənləşdirib.
Bununla Emiliano Martines 1994-cü il dünya çempionatının finalında Braziliyaya qarşı keçirilən oyunda (0:0, penaltilər – 2:3) 8 seyv etmiş İtaliya millisinin sabiq qapıçısı Canluka Palyukanın rekordunu geridə qoyub.
Buna baxmayaraq, Martinesin möhtəşəm çıxışı Argentinanı məğlubiyyətdən xilas edə bilməyib. İspaniya əlavə vaxtda vurulan yeganə qol sayəsində 1:0 hesabı ilə qalib gələrək dünya çempionu olub.
Qeyd edək ki, dünya çempionatlarının bütün oyunları nəzərə alındıqda bir matçda ən çox seyv rekordu ABŞ millisinin sabiq qapıçısı Tim Hovarda məxsusdur. O, 2014-cü il mundialının 1/8 finalında Belçikaya qarşı keçirilən görüşdə 16 zərbənin qarşısını almışdı. Həmin qarşılaşmada ABŞ millisi əlavə vaxtda 1:2 hesabı ilə məğlub olmuşdu.


