Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatının (DÇ-2026) finalında İspaniya yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, məğlub olduqları oyundan sonra rəqibin qələbəyə layiq olduğunu etiraf edib.
39 yaşlı hücumçu ESPN-ə açıqlamasında komandasının əlindən gələni etdiyini, lakin İspaniyanın daha yaxşı çıxış etdiyini bildirib. Messi bunları deyib:
“Kədərlənirəm, amma bilirəm ki, meydanda əlimizdən gələni etdik. Düzünü desəm, onlar daha yaxşı idilər. Məğlub olduq və bunu qəbul edirik. Bu isə o demək deyil ki, bura qədər gördüyümüz işləri unudacağıq. Buna görə də komandamıza, futbolçularımıza və bütün ölkəmizə təşəkkür etmək istəyirəm”.
Qeyd edək ki, İspaniya millisi dünya çempionatının finalında Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə dünya çempionu olub. Məğlubiyyətdən sonra Lionel Messi göz yaşlarını saxlaya bilməyib.


