Unai Simon – DÇ-2026-nın ən yaxşı qapıçısı!

Futbol üzrə İspaniya milli komandasının və Bilbao “Atletik”inin qapıçısı Unai Simon dünya çempionatının (DÇ-2026) ən yaxşı qolkiperi seçilib.

Arena.az xəbər verir ki, 29 yaşlı qapıçı turnirdə keçirdiyi 8 oyunda cəmi 1 qol buraxıb.

Həmin qol İspaniyanın Belçika ilə 1/4 final qarşılaşmasında qeydə alınıb. İspaniya həmin görüşdə 2:1 hesabı ilə qalib gəlib.

Unai Simon DÇ-2026-da bir sıra rekordlara da imza atıb. O, dünya çempionatları tarixində ən uzun qapısını toxunulmaz saxlayan qapıçı olub. İspaniyalı qolkiperin “quru” seriyası 649 dəqiqə davam edib. Bundan əlavə, o, bir dünya çempionatında ən çox qol buraxmadan oyun keçirən qapıçı rekordunu müəyyənləşdirib – 7 oyun.

Unai Simon bu mükafatı qazanan ikinci ispan qapıçı olub. Daha əvvəl bu uğura İker Kasilyas 2010-cu il dünya çempionatında nail olmuşdu.

Simon 2018-ci ildən İspaniyanın “Atletik” klubunda çıxış edir. O, komanda ilə 2024-cü ildə İspaniya Kubokunu, 2021-ci ildə isə İspaniya Super Kubokunu qazanıb.

İspaniya millisinin heyətində qapıçı 2024-cü ildə Avropa çempionu olub, həmçinin 2022/23 mövsümündə UEFA Millətlər Liqasının qalibi adını qazanıb.

Qeyd edək ki, İspaniya dünya çempionatının finalında Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə mundialın qalibi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: