İngiltərənin “Aston Villa” klubunun braziliyalı yarımmüdafiəçisi Filippe Koutinyo bundan sonra “Vasko da Qama”nın formasını geyinəcək.
Arena.az xəbər verir ki, bu barədə Braziliya klubunun rəsmi saytı məlumat yayıb.
32 yaşlı yarımmüdafiəçi “Vasko da Qama”ya icarə əsasında qoşulub. O, 2025-ci ilin 30 iyununa qədər vətənində çıxış edəcək.
Xatırladaq ki, Koutinyo məhz “Vasko da Qama”nın yetirməsidir. O, 2008-ci ildə Braziliya klubunu İtaliya “İnter”inə dəyişsə də, sonradan icarə əsasında yenə doğma komandasına qayıtmışdı. Filippenin bu komandanın heyətində keçirdiyi 44 oyunda 5 qolu, 6 məhsuldar ötürməsi var.
Filippe Koutinyo “Aston Villa”ya 2022-ci ilin yanvarında icarə əsasında keçsə də, İngiltərə klubu elə həmin ilin yayında 20 milyon avro qarşılığında onu birdəfəlik transfer etmişdi. Braziliyalı oyunçu Premyer Liqa təmsilçisinin heyətində 43 oyuna 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.
futbolçunun transferi üçün İspaniya klubuna 20 milyon avro ödəniləcək. 30 yaşlı yarımmüdafiəçinin özü ilə də 2026-cı ilin yayınadək müqavilə imzalanıb. Braziliya yığmasının üzvü qarşıdakı illərdə hansısa kluba satılacağı halda, gəlirin 50 faizi “Barselona”ya ödəniləcək.
Xatırladaq ki, “Aston Villa” Koutinyonu bu mövsümün qış fasiləsində icarəyə götürmüşdü. “Sambaçı” Birmingem klubunda meydana çıxdığı 16 oyunda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Koutinyo geridə qalmış mövsümü Qətərin “Əl-Dühail” komandasında keçirib. O, bu klubun heyətində 22 oyuna çıxıb, 7 qol və 3 məhsuldar ötürmə müəllifi olub.
Braziliyalı futbolçu karyerası ərzində “Liverpul”, “Barselona”, “İnter”, “Bayern” və “Espanyol” kimi klubların da formasını geyinib.



