“Atletik”in prezidenti Xon Uriarte bu klubun və İspaniya yığmasının hücumçusu Niko Uilyamsa digər klubların marağından söhbət açıb.
Arena.az Uriartenin bu barədə fikirlərini təqdim edir:
“Bizim heç bir məhdudiyyəti olmayan yüksək səviyyəli layihəmiz var. Biz Niko Uilyams kimi oyunçuları klubda saxlaya bilirik. Federasiya onu qoruya bilmədiyi üçün ona həmişə gələcəklə bağlı həddən artıq suallar verilir. Biz hörmət rica edirik”, deyə Xon Uriarte digər klublara ismarış ünvanlayıb.
Xatırladaq ki, Niko Uilyams “Atletik” futbol akademiyasının yetirməsidir. O, 2021-ci ilin iyulundan bu klubun əsas komandasında çıxış edir.
Artıq geridə qalmış 2023/2024 mövsümündə Uilyams Bilbao klubunun heyətində 38 oyuna çıxıb, 8 qol vurub, 17 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb. Sol cinah vingerinin “Atletik”dəki karyerası bütövlükdə 122 oyun, 20 qol və 24 məhsuldar ötürmədən ibarətdir.
Nikolas Uilyams 2022-ci ilin sentyabr ayında debüt etdiyi İspaniya yığmasının heyətində 19 oyun keçirib. O, bu oyunlarda 3 qol vurub, 6 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet portalı 21 yaşlı Niko Uilyamsı 60 milyon avro məbləğində qiymətləndirir.


