Kameron Arçer yenidən “Aston Villa”da

İngiltərənin “Şeffild Yunayted” klubunun yarımmüdafiəçisi Kameron Arçer bundan sonra “Aston Villa”nın formasını geyinəcək.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Aston Villa” bu transfer üçün “Şeffild Yunayted”ə 16,65 milyon avro ödəyib. 22 yaşlı mərkəz hücumçusu sabiq klubu ilə 3 illik (2027-ci ilin 30 iyununa qədər) müqaviləyə imza atıb.

Əslən Yamaykadan olan Kameron Arçer məhz “Aston Villa”nın yetirməsidir. O, bu klubda olarkən “Solihall Murs”, “Preston” və “Midslbro” kimi komandalarda icarədə oynayıb. “Şeffild Yunayted” Arçeri ötən ilin avqust ayında 21,55 milyon avro qarşılığında heyətinə qatmışdı. O, bu komandanın heyətində 32 oyuna çıxıb, 4 qol və 1 məhsuldar ötürmə müəllifi olub. “Aston Villa”da isə o, vaxtilə 14 oyuna 1 qol vurub.

Arçer İngiltərənin U-20 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

“Aston Villa” mərkəz müdafiəçisi Kalum Çeymberslə də yollarını ayırıb. 29 yaşlı ingilis futbolçu azad agent kimi komandanı tərk edib və karyerasını harada davam etdirəcəyi hələ bilinmir.

Kalum Çeymbers “Aston Villa”ya 2022-ci ilin yanvar ayında “Arsenal”dan azad agent kimi gəlmişdi. Müdafiəçi bu komandanın heyətində 36 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Çeymbers daha öncə “Arsenal”, “Fulhem”, “Midlsbro”, “Sauthempton” kimi klublarda da forma geyinib. İngiltərənin U-17, U-19 və U-21 yığmalarında oynamış müdafiəçi əsas millidə də 3 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: