“Səbail” “Hatayspor”la “sülh bağladı”

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan “Səbail” bu gün hazırlıq çərçivəsində ikinci yoxlama oyununa çıxıb.

Arena.az xəbər verir ki, Şahin Diniyevin baş məşqçisi olduğu komanda qardaş ölkənin Super Liqa təmsilçisi “Hatayspor”la üz-üzə gəlib.

Qarşılaşmada qalib müəyyənləşməyib. Tərəflər 1:1 hesablı heç-heçə ilə kifayətləniblər. Azərbaycan təmsilçisinin yeganə qolunu Gülağa Əsədov vurub.

Xatırladaq ki, “Səbail” Ərzurumdakı ilk yoxlama oyununda yerli “Ərzurumspor”la qarşılaşmış və 2:3 hesablı məğlubiyyətə üzülmüşdü. “Dənizçilər” Türkiyə toplanışı çərçivəsində daha bir sınaq matçı keçirəcəklər. Lakin sonuncu rəqibin kimliyi hələlik bəlli deyil. Paytaxt klubunun Ərzurum toplanışı iyulun 18-nə qədər davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: