Marsel “Olimpik”i ingilis hücumçu Meyson Qrinvudu “Mançester Yunayted”dən tamhüquqlu əsasda heyətinə qatıb.
Arena.az bu barədə Fransa klubunun rəsmi saytına istinadən məlumat verir.
Keçid Liqa 1 nəhənginə 26 milyon avro məbləğində başa gəlib. İngils futbolçu Marsel “Olimpik”i ilə müddəti 2029-cu ilin iyun ayının sona qədər qüvvədə olacaq müqavilə imzalayıb. O, yeni komandasında 10 nömrəli formanı geyinəcək.
Meyson Qrinvud “Mançester Yunayted”in yetirməsidir. İngilis futbolçu 2018-ci ildən “qırmızı şeytanlar”ın əsas komandasında çıxış erməyə başlayıb. Amma Qrinvud 2022-ci ilin 30 Yanvar tarixindən rəsmi oyunlarda iştirak etmirdi. Meyson zorlamaya cəhd və hücumda şübhəli bilinərək həbs olunduqdan sonra 18 aydan çox “qırmızı şeytanlar”ın heyətində oynamayıb.
Ümumilikdə isə Qrinvud “qırmızı şeytanlar”ın heyətində 129 oyuna çıxıb, 35 qol vurub, 12 məhsuldar ötürmə verib.
Qrinvuda qarşı cinayət işinə 2023-cü ilin fevralında xitam verilsə də, futbolçu komandanın məşqlərindən və oyunlarından kənarlaşdırıldığı üçün futbolsuz qalmalı olub. Ötən yay futbolçu, onu zorlamada ittiham edən qadından uşaq sahibi – ata olub.
Qrinvud 2023/2024-cü illər mövsümünü icarə əsasında “Xetafe”də keçiruib. İngilis hücumçu “Xetafe”nin heyətində 36 oyuna çıxıb, 10 qol vurub və 6 məhsuldar ötürmə verib.
Meyson Qrinvud 2020-ci ilin sentyabrında İngltərə yığmasının heyətində debüt edib, meydanda 12 dəqiqə keçirib, məhsuldar fəaliyyəti ilə fərqlənməyib. Yığmanın qapıları Qrinvud üçün demək olar ki, bağlıdır.
Meyson Qrinvud böyük futbolda hələ heç bir qənimət qazanmayıb.
“Transfermarkt” internet-portalı 22 yaşlı ingilis vingerin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.


