UEFA azarkeşlərin rəyincə AÇ-2024-ün ən gözəl 10 qolunu açıqladı

UEFA qurumun rəsmi saytında, Almaniyada keçirilmiş AÇ-2024-də azarkeşlərin fikrincə, vurulmuş ən gözəl 10 qolu təqdim edib.

Arena.az məlumat verir ki, müvafiq qollar əvvəlcə UEFA-nın texniki müşahidəçiləri tərəfindən seçilib, sonra isə internet saytında səsverməyə çıxarılıb.

Səsvermənin nəticələrinə görə, azarkeşlər Türkiyə – Gürcüstan oyununda (3:1) “ay-ulduzlu” müdafiəçi Mert Müldürün qolunu ən gözəl hesab ediblər.

Azarkeşlər 2-ci yerə ispaniyalı vinger Lamin Yamalın Fransa yığmasına vurduğu qolu, 3-cü yerə isə türk yarmmüdafiəçi Arda Gülərin Gürcüstan millisinə vurduğu qolu layiq görüblər.

Xatırladaq ki, İspaniya yığması AÇ-2024-ün finalında İngiltərə yığması üzərində 2:1 hesablı qəlbə qazanaraq, tarixində 4-cü dəfə Avropa çempionu olmaqla, mütləq rekorda imza atıb.

Azarkeşlərin seçimi əsasında AÇ-2024-ün ən gözəl 10 qolunu oxucularımıza təqdim edirik:

https://www.uefa.com/euro2024/news/028f-1b69569bb33e-89e91bd318f8-1000–mert-muldur-volley-tops-vote-for-fans-goal-of-the-tournament

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: