Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki mümkün rəqibləri müəyyənləşib.
Arena.az xəbər verir ki, bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün 3-cü təsnifat mərhələsinin püşkü atılıb.
Bu turnirin 2-ci təsnifat mərhələsində “Linkoln”la qarşılaşacaq Azərbaycan çempionu Cəbəllüttariq təmsilçisini mübarizədən kənarlaşdırsa, növbəti raundda “Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə üz-üzə gələcək. “Linkoln” – “Qarabağ” duelinin qalibi ilk görüşü evdə keçirəcək. Bu mərhələnin qarşılaşmaları avqustun 6-7-də və 13-də baş tutacaq.
Xatırladaq ki, Ağdam klubunun “Linkoln”la matçları iyulun 23-də və 30-da keçiriləcək.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında 3-cü raundun Çempionlar yolunda 12 duelin iştirakçıları 6 cüt təşkil edib. Liqa yolunda isə 2 cüt və 6 klubun növbəti rəqibləri bəlli olub.
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi
Çempionlar yolu
“Linkoln” (Cəbəllüttariq)/“Qarabağ” (Azərbaycan) cütünün qalibi – “Lüdoqorets” (Bolqarıstan)/“Dinamo” (Minsk, Belarus) cütünün qalibi
“Çelye” (Sloveniya)/“Slovan” (Slovakiya) cütünün qalibi – APOEL (Kipr)-“Petrokub” (Moldova) cütünün qalibi
“Şemrok Rovers” (İrlandiya)/“Sparta” (Praqa, Çexiya) cütünün qalibi – “Styaua” (Rumıniya)/“Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi
“Malmö” (İsveç)/“Klaksvik” (Farer adaları) cütünün qalibi – PAOK (Yunanıstan)/“Borats” (Bosniya və Herseqovina) cütünün qalibi
“Santa Koloma” (Andorra)/“Midtyulland” (Danimarka) cütünün qalibi/“Ferentsvaroş” (Macarıstan)/TNS (Uels) cütünün qalibi
“Panevejis” (Litva)/“Yagellonya” (Polşa) cütünün qalibi – “Bodo Qlimt” (Norveç)/RFS (Latviya) cütünün qalibi
Liqa yolu
“Slaviya” (Praqa, Çexiya) – “Yunion” (Belçika)
“Lill” (Fransa) – “Luqano” (İsveçrə)/“Fənərbaxça” (Türkiyə) cütünün qalibi
“Dinamo” (Kiyev, Ukrayna)/“Partizan” (Serbiya) cütünün qalibi – “Reyncers” (Şotlandiya)
“Zalsburq” (Avstriya) – “Tvente” (Niderland)


