Bu gün futbol üzrə Avropa Liqasında 2024/2025 mövsümünün 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi təşkil olunub.
Arena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilmiş tədbirdə UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Linkoln” – “Qarabağ” cütünün mümkün rəqibi də müəyyənləşib.
Cəbəllüttariq və Azərbaycan çempionlarının iştirakı ilə keçiriləcək dueldə uduzan komanda növbəti raundda “Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün məğlubu ilə qarşılaşacaq. “Linkoln” – “Qarabağ” cütünün məğlubu ilk görüşü səfərdə keçirəcək.
Maraqlıdır ki, “Linkoln” – “Qarabağ” cütünün qalibi də Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Lüdoqorets” – “Dinamo” (Minsk) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk matçları avqustun 8-də, cavab görüşləri isə ayın 15-də baş tutacaq.
Avropa Liqası
3-cü təsnifat mərhələsi
Çempionlar yolu
“Malmö” (İsveç)/“Klaksvik” (Farer adaları) cütünün məğlubu – PAOK (Yunanıstan)/“Borats” (Bosniya və Herseqovina) cütünün məğlubu
“Santa Koloma” (Andorra)/“Midtyulland” (Danimarka) cütünün məğlubu – “Bodo Qlimt” (Norveç)/RFS (Latviya) cütünün məğlubu
“Çelye” (Sloveniya)/“Slovan” (Slovakiya) cütünün məğlubu – “Şemrok Rovers” (İrlandiya)/“Sparta” (Praqa, Çexiya) cütünün məğlubu
“Panevejis” (Litva)/“Yagellonya” (Polşa) cütünün məğlubu – “Styaua” (Rumıniya)/“Makkabi” (Təl-Əviv, İsrail) cütünün məğlubu
APOEL (Kipr)-“Petrokub” (Moldova) cütünün məğlubu – “Ferentsvaroş” (Macarıstan)/TNS (Uels) cütünün məğlubu
“Lüdoqorets” (Bolqarıstan)/“Dinamo” (Minsk, Belarus) – “Linkoln” (Cəbəllüttariq)/“Qarabağ” (Azərbaycan) cütünün məğlubu
Əsas yol
“Dinamo” (Kiyev, Ukrayna)/“Partizan” (Serbiya) cütünün məğlubu – “Luqano” (İsveçrə)/“Fənərbaxça” (Türkiyə) cütünün məğlubu
“Molde” (Norveç)/“Silkeborq” (Danimarka) cütünün qalibi – “Kilmarnok” (Şotlandiya)/“Serkl Brügge” (Belçika) cütünün qalibi
“Panatinaikos” (Yunanıstan)/“Botev” (Bolqarıstan) cütünün qalibi – “Ayaks” (Niderland)/“Voyvodina” (Serbiya) cütünün qalibi
“Rujomberok” (Slovakiya)/“Trabzonspor” (Türkiyə) cütünün qalibi – “Visla” (Polşa)/“Rapid” (Vyana, Avstriya) cütünün qalibi
“Braqa” (Portuqaliya)/“Makkabi” (Petah Tikva, İsrail) cütünün qalibi – “Servett” (İsveçrə)
“Hunedoara” (Rumıniya)/“Riyeka” (Xorvatiya) cütünün qalibi – “Şerif” (Moldova)/“Elfsborq” (İsveç) cütünün qalibi
“Krivbass” (Ukrayna) – “Viktoriya” (Plzen, Çexiya)


