Məhkəmə Robinyonun apellyasiya şikayətini rədd etdi

Məhkəmə Braziliya millisinin keçmiş hücumçusu Robinyonun vəkilinin, müştərisinə verilmiş həbs müddətinin azaldılması tələbini rədd edib.

Arena.az barədə “Globo Esporte” dərgisinə istinadən məlumat verir.

Xatırladaq ki, Robinyo qadına dəstə halında təcavüzdə təqsirli bilinərək, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Mənbənin məlumatına görə, may ayında keçmiş futbolçunun vəkili onun törətdiyi cinayətin vəziyyətinin “ağır”dan “adi”yə dəyişdirilməsi üçün apellyasiya şikayəti verib. Amma məhkəmə Robinyonun bu şikayətindən imtina edib.

Xatırladaq ki, Robinyo 2017-ci ildə “Milan”da oynadığı vaxt, 2013-cü ildə Milanın gecə klublarının birində zorlamaya görə 9 il həbs cəzasına məhkum edilmişdi. İtaliya məhkəməsinə görə, futbolçu və onun dörd dostu, həmin gün ad gününü qeyd edən gənc alban qadını təhqir edib və müştərək zorlayıblar.

Daha əvvəl Ali Ədalət Məhkəməsi İtaliya məhkəməsinin Robinyoya qarşı çıxardığı hökmün Braziliyaya köçürülməsi ilə təsdiqlənməsinə səs vermişdi. Məhz bu qərardan sonra Robinyo Braziliyanın hüquq-mühafizə orqanları tərəfindən həbsə alınmışdı.

Vurğulayaq ki, Robinyonun özü bu işdə özünü təqsirli bilmir. Ötənlərin məşhur ulduzu günahsızlığını sübuta yetirmək üçün əlində sübutlar olduğunu bildirib.

Ötənlərin məşhur futbolçusu hazırda “içəridə”dir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: