“Mançester Siti” yoxlama oyununda “Milan”a məğlub oldu – Video

Mövsümöncəsi hazırlıq məqsədilə “Milan”la yoldaşlıq oyununda üz-üzə gəlmiş “Mançester Siti” növbəti məğlubiyyət acısı yaşayıb.

Arena.az məlumat verir ki, komandaların ABŞ səfərində Nyu-Yorkun “Yanki-Stedium”unda keçirilmiş oyun “Milan”ın “şəhərlilər” üzərində 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 19-cu dəqiqədə Erlinq Haland açaraq, “şəhərlilər”ə üstünlük qazandırıb – 1:0. Amma beşcə dəqiqə ərzində – 30-cu və 35-ci dəqiqələrdə Lorentso Kolombo dübarə fərqlənərək, “rossoneri”ni fasiləyə 2:1 hesablı üstünlüklə çıxarıb. Fasilədən sonra, 55-ci dəqiqədə Mançester klubu Ceyms Makeytinin qolu ilə tarazlığı bərpa edib – 2:2. “Milan” əzm nümayiş etdirərək, 78-ci dəqiqədə Marko Nastinin qolu ilə qələbəni bayram edib 3:2.

Xatırladaq ki, bundan əvvəl “Maneçester Siti” mövsümöncəsi hazırlıq məqsədilə yollandığı ABŞ səfərində Şotlandiya nəhəngi “Seltik”ə 3:4 hesabı ilə məğlub olmuşdu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: