“Mançester Yunayted”in keçmiş baş məşqçisi Devid Moyes “qırmızı şeytanlar”ın niderlandlı çalışdırıcısı Erik ten Haqı dəstəkləyib.
Arena.az məlumat verir ki, şotland mütəxəssis müvafiq fikrini “Uilyam Hill” podkastında əsaslandırıb:
“Erik ten Haqa afərin, ona edilən nəhəng təzyiqi nəzərə alsaq, yaxşı işləyir. Bəzən futbolçulara, məşqçiləri ilə bağlı fəsadlarını bəhanə olaraq istifadə etmək asandır. Əvvəllər “Mançester Yunayted” klubda inanılmaz qələbə mədəniyyətinə malik idi. Unutmayaq ki, Ten Haq son iki ildə iki kubok qazanıb. Mən onun, tənqidçilərinə qarşı mübarizə əzminə heyranam.
Ümumilikdə, “Mançester Yunayted”in ən böyük fəsadı onların çalışdırıcısı və ya oyunçuları deyil, “Mançester Siti” və Xosep Qvardioladır”, deyə Devid Moyes vurğulayıb.
Xatırladaq ki, iyulun 4-də “Mançester Yunayted” Erik ten Haqla müqaviləsinin müddətini 2026-cı ilə qədər uzatdığını rəsmən açıqlayıb.
Geridə qalmış 2023/2024-cü illər mövsümünün əksər yarışlarında Ten Haq uğursuzluğa düçar olub. “Mançester Yunayted” UEFA Çempinlar Liqasını qrup sonuncusu olaraq tərk edib, İngiltərə Liqa Kubokunu əldən verib. Premyer Liqada isə 38 oyundan 60 xal toplamış “qırmızı şeytanlar” yarış cədvəlinin 8-ci pilləsində qərarlaşıblar ki, bu da klub tarixinin ən uğursuz nəticəsi olmaqla yanaşı, heç avrokuboklara da vəsiqə verməyib.
Əvəzində, niderlandlı mütəxəssis özünün “qırmızı şeytanlar”ı ilə birlikdə qarşısına qazanmağı məqsəd qoyduğu İngiltərə Kubokunda qalibiyyətə nail olub. “Mançester Yunayted” əzəli rəqibi “Mançester Siti”ni 2:1 hesabı ilə məğlub edə bilib. Bu zəfər isə “Mançester Yunayted”ə növbəti, 2024/2025-cü illər mövsümündə Avropa Liqasında iştirak hüququ verib.
Erik ten Haq 2022-ci ilin iyul ayından “Mançester Yunayted”i çalışdırır. Niderlandlı mütəxəssis “qırmızı şeytanlar”ı indiyə qədər 114 oyuna çıxarıb, 68 qələbə, 15 heç-heçə, 31 məğlubiyyət yaşayıb. Topların fərqi isə 207:156 nisbətindədir.


