Hacı Əliyev Paris-2024-də 1/4 finala yüksəldi

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

Arena.az xəbər verir ki, 65 kq çəki dərəcəsində yarışan idmançımız startda meksikalı Ostin Qomeslə üz-üzə gəlib.

Görüş təmsilçimizin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Üçqat dünya və dördqat Avropa çempionu olan Hacı Əliyev Olimpiadanın 1/4 finalında Macarıstan təmsilçisi İsmail Musukayevlə mübarizə aparacaq.

Qeyd edək ki, Azərbaycan Fransadakı Yay Olimpiya Oyunlarına bütövlükdə 48 idmançı ilə qatılıb. Daha öncə cüdoçularımız – Hidayət Heydərov və Zelim Kotsoyev Olimpiya çempionu olublar. Taekvondoçumuz Qaşım Maqomedov yalnız finalda uduzaraq gümüş medalla kifayətlənib. Boksçu Alfonso Dominqes də Olimpiadakı gümüş medalla başa vurub. Güləşdə isə yeganə medalımızı Həsrət Cəfərov (67 kq) qazanıb. O, Olimpiadada bürünc medal əldə edib.

Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: