Fransanın “Lans” klubunun hücumçusu Elye Vahi bundan sonra Liqa 1-in digər təmsilçisi Marsel “Olimpik”inin uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Marsel klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Olimpik” bu transfer üçün 25 milyon avrosundan keçib. 21 yaşlı forvardla 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb.
Elye Vahi Fransanın “Monpelye” klubunun yetirməsidir. “Lans” bu hücumçunu 2023-cü ilin avqust ayında 30 milyon avro qarşılığında məhz “Monpelye”dən transfer etmişdi. O, “Lans”ın heyətində meydana çıxdığı 36 oyunda 12 qol və 4 məhsuldar ötürmə müəllifi olub. Vahinin “Monpelye” karyerası isə 92 oyun, 32 qol və 9 məhsuldar ötürmədən ibarətdir.
Vahi Fransanın U-16, U-17, U-19, U-20, U-21 və U-23 yığmalarında forma geyinsə də, hələlik, əsas millidə debüt şansı qazanmayıb.



