Futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 1-ci turunun oyunları keçirilir.
Arena.az xəbər verir ki, bu gün daha dörd komanda yeni mövsümdə ilk matçına çıxıb.
Günün ilk matçı “Selta” ilə “Alaves” arasında baş tutub. Üç qolluq oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. Beləcə, yeni mövsümdə 3 xala sevinən ilk komanda “Selta” olub.
Dörd qolun qeydə alındığı “Las Palmas” – “Sevilya” görüşündə isə qalib müəyyənləşməyib.
La Liqada yeni mövsümün ilk turuna avqustun 19-da yekun vurulacaq. Həmin günə kimi hər gün iki qarşılaşma baş tutacaq.
İspaniya, La Liqa
1-ci tur
15 avqust
Atletik – Xetafe 1:1
Qollar: Sanset, 27 – Uçe, 64.
Betis – Jirona 1:1
Qollar: Bartra, 6 – Misehoy, 72.
16 avqust
Selta – Alaves 2:1
Qol: Svedberq, 66. Aspas, 84 – K.Qarsiya, 17.
Las Palmas – Sevilya 2:2
Qollar: Nyanzu, 42-öz qapısına. Ramires, 71 – A.Suares, 25-öz qapısına. Sançes, 61.
17 avqust
21:00. Osasuna – Leqanes
23:30. Valensiya – Barselona
18 avqust
21:00. Real Sosyedad – Rayo Valyekano
23:30. Malyorka – Real
19 avqust
21:00. Valyadolid – Espanyol
23:30. Vilyarreal – Atletiko


