Futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 1-ci turunun oyunları keçirilir.
Arena.az xəbər verir ki, bu gün daha dörd komanda yeni mövsümdə ilk matçına çıxıb.
“Osasuna” – “Leqanes” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
“Valensiya”nın qonağı olan “Barselona” isə yeni mövsümə əzmkar qələbə ilə başlayıb.
La Liqada yeni mövsümün ilk turuna avqustun 19-da yekun vurulacaq. Həmin günə kimi hər gün iki qarşılaşma baş tutacaq.
İspaniya, La Liqa
1-ci tur
15 avqust
Atletik – Xetafe 1:1
Qollar: Sanset, 27 – Uçe, 64.
Betis – Jirona 1:1
Qollar: Bartra, 6 – Misehoy, 72.
16 avqust
Selta – Alaves 2:1
Qol: Svedberq, 66. Aspas, 84 – K.Qarsiya, 17.
Las Palmas – Sevilya 2:2
Qollar: Nyanzu, 42-öz qapısına. Ramires, 71 – A.Suares, 25-öz qapısına. Sançes, 61.
17 avqust
Osasuna – Leqanes 1:1
Qollar: Soriano, 79-öz qapısına – Krus, 22.
Valensiya – Barselona 1:2
Qollar: Duro, 44 – Levandovski, 45+5; 48-pen.
18 avqust
21:00. Real Sosyedad – Rayo Valyekano
23:30. Malyorka – Real
19 avqust
21:00. Valyadolid – Espanyol
23:30. Vilyarreal – Atletiko


