“Bayer” daha bir tarix yazdı: Super kubokda ilk zəfər – Video

Futbol üzrə Almaniya Bundesliqasının və Almaniya Kubokunun sonuncu qalibi olan “Bayer” növbəti titulunu qazanıb.

Arena.az xəbər verir ki, Leverkuzen təmsilçisi ötən gecə baş tutan Almaniya Super Kuboku uğrunda oyunda da qələbəyə sevinən tərəf olub.

Almaniya çempionunun həlledici matçdakı rəqibi “Ştutqart” olub. Matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan Leverkuzen təmsilçisi (4:3) turnirin qalibi olub.

Beləliklə, komanda Xabi Alonsonun rəhbərliyi altında Bundesliqa və Almaniya Kubokundan sonra üçüncü kubokunu qazanıb. “Bayer” Almaniya Bundesliqasında olduğu kimi, super kubokda da ilk dəfə zəfər sevinci yaşayıb. Bu komanda 1993-cü ildə də Almaniya Super Kuboku uğrunda oyunda iştirak edib, amma həmin vaxt məğlub olub.

Almaniya Super Kubokunda qələbələrin sayına görə mütləq rekord “Bayern”ə məxsusdur. Münhen təmsilçisinin muzeyində 10 müvafiq qənimət var.

Almaniya Super Kuboku
17 avqust

“Bayer” – “Ştutqart” 2:2 (penaltilər 4:3)
Qollar: Bonifase, 11. Şik, 88 – Miyo, 15. Undav, 63.
Qırmızı vərəqə: Terye, 37 (“Bayer”).

Xəbəri sosial şəbəkələrdə paylaş: