Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Zaqreb “Dinamo”su ilə üz-üzə gələcək.
Arena.az xəbər verir ki, Azərbaycan və Xorvatiya çempionları arasındakı ilk qarşılaşma Zaqreb şəhərində təşkil olunacaq.
Görüşü İsveçdən olan hakimlər briqadası idarə edəcəklər.
Bu komandalar arasındakı cavab qarşılaşması bir həftə sonra – avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin ilk oyunu
20 avqust
23:00. “Dinamo” – “Qarabağ”
Hakimlər: Qlenn Nyuberq, Mahbod Beiqi, Andreas Söderkvist, Adam Ladebak (Hamısı İsveç).
VAR hakimləri: Bastian Dankert, Yohann Pfayfer (hər ikisi Almaniya).
Hakim-inspektor: Maykl Rili (İngiltərə).
UEFA nümayəndəsi: Filip Popovski (Şimali Makedoniya).
Zaqreb. “Maksimir” stadionu.
Dinamo: 33. İvan Nevistiç, 22. Stefan Ristovski, 28. Kevin Teofil-Katrin, 13. Sami Mmae, 18. Ronael Pyer-Qabriel, 27. Yosip Mişiç, 20. Marko Pyaça, 25. Petar Suçiç, 10. Martin Baturina, 11. Arber Hoca, 9. Bruno Petkoviç (k).
Ehtiyat oyunçular: 1. Daniyel Zaqoraç, 23. İvan Filipoviç, 3. Takuya Oqivara, 4. Raul Torrente, 6. Maksim Bernauer, 8. Lukas Kaçavenda, 17. Sandro Kulenoviç, 19. Xuan Kordoba, 30. Marko Roq, 36. Luka Vrbançiç, 66. Branko Paviç, 77. Dario Şpikiç.
Baş məşqçi: Sergey Yakiroviç.
Qarabağ: 97. Fabiyan Buntiç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 2. Mateus Silva, 66. Patrik Andrade, 6. Julio Romao, 7. Yassin Benzya, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Olavio Juninyo.
Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə, 99. Mateuş Koxalski, 17. Hamidu Keyta, 19. Redon Cica, 20. Riçard Almeyda, 22. Musa Qurbanlı, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 30. Abbas Hüseynov,55. Bədavi Hüseynov, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.