Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Zaqreb “Dinamo”su ilə qarşılaşıb.
Arena.az xəbər verir ki, Azərbaycan və Xorvatiya çempionları arasındakı ilk qarşılaşma Zaqreb şəhərində təşkil olunub.
Görüşü İsveçdən olan hakimlər briqadası idarə ediblər. İlk yarıda hesabı açan zaqreblilər bu üstünlüyü fasilədən sonra bir qədər də artırıblar. Sandro Kulenoviçin dublu yekun hesabı müəyyənləşdirib – 3:0.
Bu komandalar arasındakı cavab qarşılaşması bir həftə sonra – avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Şans çox az olsa da, ümid edək ki, “Qarabağ” daha bir möhtəşəm uğura imza ataraq bu ağır məğlubiyyətin əvəzini ev oyununda çıxmağı bacaracaq.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin ilk oyunu
20 avqust
“Dinamo” – “Qarabağ” 3:0
Qollar: Marko Pyaça, 29. Sandro Kulenoviç, 75; 80.
Hakimlər: Qlenn Nyuberq, Mahbod Beiqi, Andreas Söderkvist, Adam Ladebak (Hamısı İsveç).
VAR hakimləri: Bastian Dankert, Yohann Pfayfer (hər ikisi Almaniya).
Hakim-inspektor: Maykl Rili (İngiltərə).
UEFA nümayəndəsi: Filip Popovski (Şimali Makedoniya).
Zaqreb. “Maksimir” stadionu.
Dinamo: 33. İvan Nevistiç, 22. Stefan Ristovski (3. Takuya Oqivara, 21), 28. Kevin Teofil-Katrin, 13. Sami Mmae, 18. Ronael Pyer-Qabriel, 27. Yosip Mişiç, 20. Marko Pyaça (6. Maksim Bernauer, 63), 25. Petar Suçiç (30. Marko Roq, 77), 10. Martin Baturina, 11. Arber Hoca (17. Sandro Kulenoviç, 63), 9. Bruno Petkoviç (k) (19. Xuan Kordoba, 77).
Ehtiyat oyunçular: 1. Daniyel Zaqoraç, 23. İvan Filipoviç, 4. Raul Torrente, 8. Lukas Kaçavenda, 36. Luka Vrbançiç, 66. Branko Paviç, 77. Dario Şpikiç.
Baş məşqçi: Sergey Yakiroviç.
Qarabağ: 97. Fabiyan Buntiç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 2. Mateus Silva, 66. Patrik Andrade, 6. Julio Romao, 7. Yassin Benzya, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade (27. Toral Bayramov, 74), 18. Olavio Juninyo.
Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə, 99. Mateuş Koxalski, 17. Hamidu Keyta, 19. Redon Cica, 20. Riçard Almeyda, 22. Musa Qurbanlı, 24. Aleksey İsayev, 30. Abbas Hüseynov,55. Bədavi Hüseynov, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.


