Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 2-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında “Sevilya” və “Vilyarreal” komandaları üz-üzə gəliblər. Üç qolun qeydə alındığı qarşılaşma qonaqların qələbəsiylə yekunlaşıb.
2-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
İspaniya, La Liqa
2-ci tur
23 avqust
Sevilya – Vilyarreal 1:2
Qollar: Lukebakio, 45+5 – Danjuma, 2. Ayose Peres, 90+5.
24 avqust
19:00. Osasuna – Malyorka
21:00. Barselona – Atletik
23:30. Espanyol – Real Sosyedad
23:30. Xetafe – Rayo Valyekano
25 avqust
19:00. Real – Valyadolid
21:00. Leqanes – Las Palmas
21:15. Alaves – Betis
23:30. Atletiko – Jirona


