La Liqa: “Barselona” “Atletik”i xalsız yola saldı

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 2-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

“Xetafe” – “Rayo Valyekano” matçında qapılara qol vurulmayıb. “Osasuna” evdə “Malyorka”nı, “Real Sosyedad” isə səfərdə “Espanyol” tək qolla yenib. “Barselona” bu tur “Atletik”i qəbul edib. Üç qolun qeydə alındığı qarşılaşma Kataloniya təmsilçisinin çətin qələbəsiylə yekunlaşıb.

2-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

İspaniya, La Liqa
2-ci tur
23 avqust

Sevilya – Vilyarreal 1:2
Qollar: Lukebakio, 45+5 – Danjuma, 2. Ayose Peres, 90+5.

24 avqust

Osasuna – Malyorka 1:0
Qol: R.Qarsiya, 55.

Barselona – Atletik 2:1
Qollar: Yamal, 24. Levandovski, 75 – Sanset, 42-pen.

Espanyol – Real Sosyedad 0:1
Qol: Kubo, 80.

Xetafe – Rayo Valyekano 0:0

25 avqust

19:00. Real – Valyadolid
21:00. Leqanes – Las Palmas
21:15. Alaves – Betis
23:30. Atletiko – Jirona

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: