Renat Dadaşov bir hissə, Həsən Nəzərov 4 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Türkiyənin “Ankaragücü” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda TFF 1-ci Liqanın 2024/2025 mövsümünün 3-cü turu çərçivəsində “Ümraniyəspor”la qarşılaşıb.

Doğma meydanda baş tutan qarşılaşma Renatın komandasının 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Renat bu görüşün ilk dəqiqələrindən meydanda olsa da, fasilədə əvəzlənib.

“Ankaragücü” klubunun U-19 kollektivinin formasını geyinən digər azərbaycanlı futbolçu – 17 yaşlı Həsən Nəzərov da Ankara təmsilçisinin əsas komandasında növbəti rəsmi matçına çıxıb. O, 86-cı dəqiqədə Mert Çetinin əvəzində meydana buraxılıb.

“Ankaragücü” 3 turdan sonra 3 xalla 20 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.

Xatırladaq ki, Dadaşov bu mövsümün əvvəlində İsveçrənin “Qrasshopper” klubundan “Ankaragücü” komandasına keçib. O, Ankara təmsilçisinin heyətində 3 oyuna çıxıb və 1 qol vurub. Millimizin forvardı ötən mövsümdə də icarə əsasında Türkiyənin digər klubu “Hatayspor”un formasını geyinib.

Ankara klubunun öz yetirməsi olan Həsən Nəzərov isə əsas komandada 2 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: