Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 2-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə də dörd qarşılaşma baş tutub.
“Alaves” – “Betis” matçında qapılara qol vurulmayıb.
Üç qolun qeydə alındığı “Leqanes” – “Las Palmas” matçında meydan sahibləri qələbə qazanıblar.
Son çempionu “Real” bu dəfə “Valyadolid”lə ev oyunundan 3 cavabsız qolla qalib ayrılıb. Madridin digər təmsilçisi “Atletiko” da evdə “Jirona”ya oxşar hesabla qalib gəlib.
İspaniya, La Liqa
2-ci tur
23 avqust
Sevilya – Vilyarreal 1:2
Qollar: Lukebakio, 45+5 – Danjuma, 2. Ayose Peres, 90+5.
24 avqust
Osasuna – Malyorka 1:0
Qol: R.Qarsiya, 55.
Barselona – Atletik 2:1
Qollar: Yamal, 24. Levandovski, 75 – Sanset, 42-pen.
Espanyol – Real Sosyedad 0:1
Qol: Kubo, 80.
Xetafe – Rayo Valyekano 0:0
25 avqust
Real – Valyadolid 3:0
Qollar: Valverde, 50. B.Dias, 88. Endrik, 90+6.
Leqanes – Las Palmas 2:1
Qollar: Krus, 71. Frankesa, 85 – Ramires, 90+3.
Alaves – Betis 0:0
Atletiko – Jirona 3:0
Qollar: Qrizmann, 39. Lyorente, 48. Koke, 90+4.


