Futbol üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Dinamo” (Zaqreb, Xorvatiya) oyununun təyinatları açıqlanıb.
Arena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu komandalar arasında Bakı şəhərində baş tutacaq cavab qarşılaşmasını İngiltərədən olan hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi FIFA referisi Maykl Oliver olacaq. Ona yan xətt hakimləri Stüart Burt və Li Betts kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kris Kavanaq yerinə yetirəcək. VAR-da Stüart Attvell, AVAR-da Timoti Vud əyləşəcək.
Hakim-inspektor Peter Sippel (Almaniya), UEFA nümayəndəsi Balaş Makray (Macarıstan) olacaq.
Xatırladaq ki, avqustun 20-də Zaqrebdəki “Maksimir” stadionunda keçirilmiş ilk oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-də Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Oyuna saat 20:45-də start veriləcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin cavab oyunu
28 avqust
“Qarabağ” – “Dinamo” (Zaqreb)
Baş hakim: Maykl Oliver.
Baş hakimin köməkçiləri: Stüart Burt, Li Betts.
Dördüncü hakim: Kris Kavanaq
VAR hakimləri: Stüart Attvell, Timoti Vud (Hakimlər briqadası İngiltərədəndir).
Hakim-inspektor: Peter Sippel (Almaniya).
UEFA nümayəndəsi: Balaş Makray (Macarıstan).
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 20:45.


