Futzal: Azərbaycan millisi Çexiya ilə 2 yoxlama oyunu keçirəcək

Futzal üzrə Azərbaycan millisi AÇ-2026-nın əsas mərhələsinə hazırlıq məqsədi ilə 2 beynəlxalq yoxlama oyunu keçirəcək.

Arena.az bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.

Milli komandamız sentyabrın 19-da və 20-də Çexiya yığması ilə gücünü sınayacaq. Hər iki oyun Zlin şəhərində keçiriləcək.

Xatırladaq ki, Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində İsveç, Xorvatiya və Yunanıstan yığmaları ilə qarşılaşacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: