AFFA-nın inzibati binasında futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernando Santosun mətbuat konfransı keçiriləcək.
Arena.az xəbər verir ki, bu barədə milli assosiasiyanın mətbuat xidməti məlumat yayıb.
Qurumun rəsmi saytının yaydığı məlumata görə, avqustun 30-da təşkil olunacaq tədbirə saat 11:00-da start veriləcək.
Mətbuat konfransında Azərbaycan millisinin UEFA Millətlər Liqasında sentyabrın 5-də Bakıda İsveç və 8-də Koşitsedə Slovakiya yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanacaq.
Xatırladaq ki, Fernando Santos bu ilin iyun ayında Azərbaycan yığmasının baş məşqçisi təyin olunub. Portuqaliyalı mütəxəssis ilk dəfə millimizin heyətini açıqlayacaq. Elə isveç və Slovakiya ilə oyunlar da Fernando Santosun yığmamızdakı ilk ciddi sınaqları olacaq.


