“Mançester Siti” İngiltərə Premyer Liqası klubları arasında yay mövsümünün ən yaxşı transfer tarazlığına malikdir.
Arena.az bu barədə “Transfermarkt” internet-portalına istinadən məlumat verir.
İngiltərə Premyer Liqasının bütün klubları arasında “şəhərlilər”ə gəlir və xərclər arasında ən yaxşı tarazlıq məxsusdur (+116 milyon avro məbləğ). “Mançester Siti” transferlərə 25 milyon avro məbləğ xərcləyib, 141 milyon avro məbləğində isə oyunçu satıb.
Yay mövsümünün ən pis transfer tarazlığı isə “Brayton”a məxsusdur (-182,9 milyon avro məbləğ). “Qağayılar” 231 milyon avro məbləğində xərc çəkiblər, 48,2 milyon avro məbləğində isə oyunçu satıblar.
İngiltərə Premyer Liqasında iştirak edən klublar arasında futbolçu alışına ən çox pul xərcləmiş klub isə “Çelsi”dir. “Zadəganlar”ın “səxavəti” 261 milyon avro məbləğ təşkil edir.


