Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 6-cı turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
“Valyadolid” – “Real Sosyedad” matçında qapılara qol vurulmayıb. Üç qolun qeydə alındığı “Osasuna” – “Las Palmas” matçında meydan sahibləri qələbə qazanıblar. “Valensiya” da evdə “Jirona” üzərində inamlı qələbəyə sevinib.
Son çempion “Real” isə bu turda “Espanyol”u sınağa çəkib. Madrid klubu doğma meydanda baş tutan bu oyunun ikinci hissəsində qapıçısı Tibo Kurtuanın avtoqolu nəticəsində hesabda geri düşsə də, sonradan vurduğu 4 qol sayəsində həm əzmkar qələbəyə, həm də darmadağına sevinib.
La Liqada 6-cı tura sentyabrın 23-də yekun vurulacaq.
İspaniya, La Liqa
6-cı tur
20 sentyabr
Alaves – Sevilya 2:1
Qollar: Visente, 17. Martin, 60 – Lukebakio, 83.
21 sentyabr
Valyadolid – Real Sosyedad 0:0
Osasuna – Las Palmas 2:1
Qollar: Budimir, 39-pen. Oros, 60 – Moleyro, 41.
Valensiya – Jirona 2:0
Qollar: Rioxa, 56. D.Qomes, 58.
Real – Espanyol 4:1
Qollar: Karvaxal, 58. Rodriqo, 75. Vinisius, 78. Mbappe, 90-pen – Kurtua, 54-öz qapısına.
22 sentyabr
16:00. Xetafe – Leqanes
18:15. Atletik – Selta
20:30. Vilyarreal – Barselona
23:00. Rayo Valyekano – Atletiko
23 sentyabr
23:00. Betis – Malyorka


