La Liqa: “Malyorka” “Betis”ə səfərdə qalib gəldi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 6-cı turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Betis” “Malyorka”nı qəbul edib. Üç qolun qeydə alındığı bu oyunda qonaqlar qələbə qazanıblar.

Beləliklə, 6 turdan sonra maksimum nəticə ilə irəliləyən yeganə komanda – “Barselona” 18 xalla vahid liderdir. Son çempion “Real” 14 xalla 2-ci, Bilbao “Atletik”i isə 13 xalla 3-cü pillədə qərarlaşıb. Madrid “Atletiko”sunun 12, “Malyorka” və “Vilyarreal”ın 11, “Alaves” və “Osasuna”nın 10, “Selta”nın 9, “Rayo Valyekano” və “Betis”in 8 xalı var.

İspaniya, La Liqa
6-cı tur
20 sentyabr

Alaves – Sevilya 2:1
Qollar: Visente, 17. Martin, 60 – Lukebakio, 83.

21 sentyabr

Valyadolid – Real Sosyedad 0:0

Osasuna – Las Palmas 2:1
Qollar: Budimir, 39-pen. Oros, 60 – Moleyro, 41.

Valensiya – Jirona 2:0
Qollar: Rioxa, 56. D.Qomes, 58.

Real – Espanyol 4:1
Qollar: Karvaxal, 58. Rodriqo, 75. Vinisius, 78. Mbappe, 90-pen – Kurtua, 54-öz qapısına.

22 sentyabr

Xetafe – Leqanes 1:1
Qollar: Mayoral, 83-pen – Saens, 76.

Atletik – Selta 3:1
Qollar: Quruseta, 4; 39. Djalo, 80 – Aspas, 25-pen.

Vilyarreal – Barselona 1:5
Qollar: A.Peres, 38 – Levandovski, 20; 35. Torre, 58. Rafinya, 74; 83.

Rayo Valyekano – Atletiko 1:1
Qollar: Palason, 35 – Qallaxer, 49.

23 sentyabr

Betis – Malyorka 1:2
Qollar: Lo Çelso, 7 – D.Rodriqes, 8. Valeri, 90+3.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: