Amil Yunanov: “Onlarla rəqabət aparmaq elə də asan deyil”

Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Amil Yunanov Macarıstanın Debretsen şəhərində keçiriləcək Qətərlə yoldşlıq oyunu öncəsi fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, “Səbail”in formasını geyinən futbolçu AFFA-nın rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Yoldaşlıq oyunu olmasına baxmayaraq, oyuna ciddi yanaşırıq. Qətər yığması yaxşı komandadır. Məşqlərdə əsasən taktiki çalışmalara üstünlük veririk. Əsas çatışmazlığımız yaratdığımız imkanlardan yetərincə istifadə edə bilməməyimizdir. Baş məşqçi hücumda nə etməli olduğumuzu deyir.

Bir hücumçu kimi həm taktiki, həm də fiziki cəhətdən hazır olmağa çalışıram ki, əsas heyətdə yer ala bilim. Amma etiraf etmək lazımdır ki, hücum xəttində yer alan Mahir Emreli, Əli Qurbani, Ramil Şeydayev kimi futbolçularla rəqabət aparmaq elə də asan deyil. Ona görə istər oyunlarda, istərsə də məşqlərdə maksimum çalışmaq lazımdır ki, rəqabətə tab gətirə biləsən. Oynamaq imkanı əldə edərəmsə, özümü sübut etməyə çalışacağam”.

Xəbəri sosial şəbəkələrdə paylaş: