Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 7-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
İki qolun qeydə alındığı “Las Palmas” – “Betis” matçında qalib müəyyənləşməyib. Üç qolun vurulduğu “Espanyol” – “Vilyarreal” görüşü qonaqların qələbəsiylə yekunlaşıb.
Madrid “Atletiko”su da səfərdə “Selta” ilə üz-üzə gəlib. Paytaxt klubu bu oyunda son dəqiqə qolu ilə qələbə qazanıb.
Xatırladaq ki, 7-ci turun “Malyorka” – “Real Sosyedad” (1:0) və “Leqanes” – “Atletik” (0:2) oyunları əvvəlki tarixlərdə keçirilmişdi.
Beləliklə, 7 turdan sonra 21 xala malik “Barselona” vahid liderdir. “Real” 17 xalla 2-ci, “Atletiko” 15 xalla üçüncü pillədə qərarlaşıb. “Vilyarreal”ın 14, “Atletik”in 13, “Malyorka” və “Osasuna”nın 11, “Alaves”in 11, “Rayo Valyekano”, “Selta” və “Betis”in 9, “Jirona” və “Sevilya”nın 8, “Espanyol”un 7, “Leqanes”in 6 xalı var.
İspaniya, La Liqa
7-ci tur
24 sentyabr
Sevilya – Valyadolid 2:1
Qollar: D.Torres, 45-öz qapısına. Ejuke, 85 – K.Peres, 56.
Valensiya – Osasuna 0:0
Real – Alaves 3:2
Qollar: Lukas, 1. Mbappe, 40. Rodriqo, 48 – Benavides, 85. K.Qarsiya, 86.
25 sentyabr
Jirona – Rayo Valyekano 0:0
Barselona – Xetafe 1:0
Qol: Levandovski, 19.
26 sentyabr
Espanyol – Vilyarreal 1:2
Qol: Jofre, 45+1 – A.Peres, 45+6; 63.
Las Palmas – Betis 1:1
Qollar: Moleyro, 9 – Lo Çelso, 45+3.
Selta – Atletiko 0:1
Qol: X.Alvares, 90.


