La Liqa: “Valyadolid” evdə “Malyorka”ya uduzdu

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 8-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Valyadolid” “Malyorka”nı qəbul edib. Üç qolun qeydə alındığı bu oyunda qonaqlar qalib gəliblər.

8-ci turun qalan görüşləri sentyabrın 28-də, 29-da və 30-da baş tutacaq.

İspaniya, La Liqa
8-ci tur
27 sentyabr

Valyadolid – Malyorka 1:2
Qollar: İ.Sançes, 90+4 – Larin, 59. Valeri, 83.

28 sentyabr

16:00. Xetafe – Alaves
18:15. Rayo Valyekano – Leqanes
20:30. Real Sosyedad – Valensiya
23:00. Osasuna – Barselona

29 sentyabr

16:00. Selta – Jirona
18:15. Atletik – Sevilya
20:30. Betis – Espanyol
23:00. Atletiko – Real

30 sentyabr

23:00. Vilyarreal – Las Palmas

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: