Daha 4 komanda Azərbaycan Kubokunda 2-ci mərhələyə yüksəldi

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün 1-ci təsnifat mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma baş tutub.

İkinci Liqa klublarının qatıldığı mərhələnin bugünkü görüşləri paytaxtdan kənarda baş tutub. “Şimal” “Qusar”ı evdə, “Ağdaş” “Lerik”i səfərdə böyük hesabla məğlub edərək mərhələ adlayıb.

“Şəmkir” “Şəki Siti” ilə səfər oyununda çətin qələbəyə sevinib. “Göygöl” isə “Hypers Quba” ilə matçın əlavə vaxtında uduzaraq mübarizəni dayandırıb.

Ötən gün keçirilən görüşlərdə “Şahdağ Qusar” evdə “Kür-Araz”dan 3:1, “Şəfa” isə “Saatlı-Araz”dan 2:0 hesabı ilə üstün olmuşdu.

Qeyd edək ki, Azərbaycan Kubokunda ilk mərhələnin son matçı sabah keçiriləcək.

Azərbaycan kuboku
1-ci təsnifat mərhələsi
13 oktyabr

“Şimal” – “Qusar” 4:1
Qollar: Pərviz Azadov, 6; 45+1. Emin Əskərov, 83. Tofiq Nəsibov, 89 – Faik Ağakərimov, 70-pen.
Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Samir Qaracayev, Emin Abdullayev.
Siyəzən şəhər stadionu.

“Lerik” – “Ağdaş” 0:4
Qollar: Elçin Süleymanov, 55. Elvin İsmayılov, 59; 67. Ülvi Sarıyev, 88.
Hakimlər: Murad Səlimov, Orxan İbişov, Zakir Şükürzadə, Sənan Bayramzadə.
Lənkəran Olimpiya İdman Komleksinin stadionu.

“Şəki Siti” – “Şəmkir” 0:1
Qol: Akif Tağıyev, 35.
Hakimlər: Vüqar Həsənli, Anar Bədəlov, Aydın Bəxşiyev, Niyaz Əhmədov.
Şəki şəhər stadionu.

“Göygöl” – “Hypers Quba” 2:3
Qollar: Ülvi Cəlilov, 37; 56 – Cavid İmamverdiyev, 6; 90. Hikmət Verdiyev, 94-öz qapısına.
Hakimlər: Elvin Bayramov, Vüqar Bayramov, Asif Abdullayev, Nazim Süleymanov.
Göygöl Olimpiya İdman Komleksinin stadionu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: