Azərbaycan Kubokunda ilk mərhələyə yekun vurulur

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutacaq.

Günün yeganə matçında İkinci Liqa təmsilçiləri – “Dinamo” və “Füzuli” komandaları üz-üzə gələcəklər. Qalib komanda 2-ci təsnifat mərhələsində “Səbail”ə rəqib olacaq.

Azərbaycan Kubokunda 1-ci təsnifat mərhələsinin digər oyunları oktyabrın 12-də və 13-də keçirilib.

Azərbaycan Kuboku
1-ci təsnifat mərhələsi
12 oktyabr

“Şahdağ Qusar” – “Kür-Araz” 3:1
Qollar: Famil Camalov, 73; 77. Emin Quliyev, 79 – Nodar Məmmədov, 8.
Hakimlər: İslam Məmmədov, Elmin Süleymanov, Mirnihat Seyidov, Rəsul Babayev.
Hakim-inspektor: Ceyhun Haşımov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu. 14:00.

“Şəfa” – “Saatlı-Araz” 2:0
Qollar: Elvin Nəsibov, 9. Elçin Rəhimli, 34.
Hakimlər: Rövşən Rəcəbov, Rasim Axundov, Nurlan Əhmədzadə, Maqsud Şamıyev.
Hakim-inspektor: Gülağa Cabarov.
Bakı. “ASK Arena”. 16:30.

13 oktyabr

“Şimal” – “Qusar” 4:1
Qollar: Pərviz Azadov, 6; 45+1. Emin Əskərov, 83. Tofiq Nəsibov, 89 – Faik Ağakərimov, 70-pen.
Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Samir Qaracayev, Emin Abdullayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
Siyəzən şəhər stadionu. 14:00.

“Lerik” – “Ağdaş” 0:4
Qollar: Elçin Süleymanov, 55. Elvin İsmayılov, 59; 67. Ülvi Sarıyev, 88.
Hakimlər: Murad Səlimov, Orxan İbişov, Zakir Şükürzadə, Sənan Bayramzadə.
Hakim-inspektor: Orxan Məmmədov.
Lənkəran Olimpiya İdman Kompleksinin stadionu. 14:00.

“Şəki Siti” – “Şəmkir” 0:1
Qol: Akif Tağıyev, 35.
Hakimlər: Vüqar Həsənli, Anar Bədəlov, Aydın Bəxşiyev, Niyaz Əhmədov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
Şəki şəhər stadionu. 14:00.

“Göygöl” – “Hypers Quba” 2:3
Qollar: Ülvi Cəlilov, 37; 56 – Cavid İmamverdiyev, 6; 90. Hikmət Verdiyev, 94-öz qapısına.
Hakimlər: Elvin Bayramov, Vüqar Bayramov, Asif Abdullayev, Nazim Süleymanov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu. 15:00.

14 oktyabr

“Dinamo” – “Füzuli”
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Namiq Bəkirov.
Hakim-inspektor: İmanxan Sultani.
Bakı. “Neftçi” Futbol Mərkəzi. 13:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: